azturkxeber.az
http://azturkxeber.az

Cənubi Koreyada ciddi aviasiya təhlükəsizliyi yoxlamaları aparılacaq

30-12-2024 Baxılıb: 0

IMG

Cənubi Koreyada hökumət ölkədə 179 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasından sonra hava yollarının əməliyyatlarının ciddi təhlükəsizlik yoxlaması əmri verib.

“Yonhap” agentliyinin xəbərinə görə, Cənubi Koreya Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinin Aviasiya Siyasəti Başçısı Joo Jong-van mətbuat konfransında mövzu ilə bağlı açıqlama verib.

O, Muan şəhərində dünən baş verən qəzaya səbəb olan eniş şassisindəki nasazlığın hava yolu şirkətinə aid başqa bir təyyarədə görünməsinin ardından “Jeju Air” aviaşirkətinə qarşı araşdırma başladıldığını açıqlayıb.

"Biz eniş mexanizmləri ilə bağlı insidentlərə cavab olaraq ciddi aviasiya təhlükəsizliyi yoxlamaları keçirməyi planlaşdırırıq”-deyən  Joo əlavə edib ki, yerli hava yolları tərəfindən idarə olunan bütün Boeing 737-800 tipli təyyarələr bu yoxlamalara məruz qalacaq.

Xatırladaq ki, Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş zamanı idarəetmədən çıxması nəticəsində baş verən qəzada 179 nəfər həyatını itirib.

Səlahiyyətlilər qəzanın təyyarənin eniş şassasındakı nasazlığın səbəb olduğunu, ilk uçuşda təyyarənin eniş şassisi açılmadığını, ikinci uçuşda məcburi eniş zamanı qəzaya uğradığını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031