Təyyarə qəzasında həlak olan azərbaycanlıların nəşi Aktaudan Bakıya göndərilib
AzTurkXeber.az-ın məlumatına görə, bu barədə “Report”un Qazaxıstan bürosuna Mangistau vilayətinin mətbuat katibi Gülmira Abışeva məlumat verib.
“Bu gün yerli vaxtla saat 23:30-da (22:30 Bakı) AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olan 3 ekipaj üzvü də daxil olmaqla 24 Azərbaycan vətəndaşının nəşi Aktaudan Bakıya göndərilib”.