azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

21-12-2024 Baxılıb: 0

IMG

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Rusiyaya səfər edib.

Nazirlikdən bildirilib ki, səfər çərçivəsində Rusiyanın Nəqliyyat Nazirliyində nazir Rəşad Nəbiyev, Rusiya Hökuməti sədrinin müavini Vitali Savelyev və nəqliyyat naziri Roman Starovoytun iştirakı ilə görüş keçirilib.

Görüş zamanı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı, o cümlədən avtomobil daşımalarının həyata keçirilməsi üçün müzakirələr aparılıb.

Müzakirələrdən sonra Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş imzalanıb.

Dəmiryolu infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən edən sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini yüksəltmək və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb marşrutunun potensialını artırmaqdır.

Bu saziş dəmiryol nəqliyyatı ilə yüklərin daşınma həcminin artmasını stimullaşdıracaq və daşıma həcmlərinin artım tempi ilə dəmiryol nəqliyyatı infrastrukturunun inkişafı arasında balansı təmin edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031