azturkxeber.az
http://azturkxeber.az

Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib

05-12-2024 Baxılıb: 1

 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçın şəhəri və Sus kəndinə infotur təşkil edib. İnfotur Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin dəstəyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilib. İnfoturda biznes influnserləri iştirak ediblər. Onlar işğaldan azad edilmiş ərazilərə köçürülmənin gedişi, dayanıqlı məskunlaşdırma və reinteqrasiya tədbirlərinin icrası barədə də məlumatlandırılıblar. İnfotur iştirakçıları Laçın şəhəri və Sus kəndində salınan yaşayış evlərində Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda qayıdan məcburi köçkün ailələri ilə görüşüb, sakinlərin fikir və rəylərini öyrəniblər, foto-video çəkilişlər aparıblar. Sonda iştirakçılar səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər. Böyük Qayıdışa dair Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturlar davam etdiriləcəkdir. 

[media=https://idp.gov.az/az/news/2183]






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031