azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva konfransda iştirak edib 

05-12-2024 Baxılıb: 5

 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransda iştirak edib.
Qeyd edək ki, ötən əsrdə yüz minlərlə soydaşımız indiki Ermənistan ərazisindən etnik mənsubiyyətinə görə didərgin salınıb, insanlıq əleyhinə və müharibə cinayətlərinin qurbanına çevrilərək amansızca qətlə yetirilib.
Ötən müddət ərzində Azərbaycan Ombudsmanı Ermənistanın azərbaycanlılara qarşı əsrlər boyu nifrət siyasətinə əsaslanan etnik təmizləmə, insanlıq əleyhinə törətdiyi cinayətlərə dair xüsusi hesabatlar hazırlayaraq aidiyyəti beynəlxalq təşkilatlara təqdim edib. Həmçinin Müvəkkil bütün beynəlxalq platformalarda Ermənistan ərazisindən deportasiyaya məruz qalmış azərbaycanlıların təklükəsiz və ləyaqətli geri qayıdış hüququnun təmin edilməsi ilə bağlı mütəmadi çağırışlar edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031