azturkxeber.az
http://azturkxeber.az

Ermənistanda keçmiş komitə sədri saxlanılıb

24-01-2025 Baxılıb: 23

 Ermənistanın Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin keçmiş sədri, Respublikaçılar Partiyasının üzvü Arman Saakyan saxlanılıb.

AzTurkxeber.az xəbər verir ki,  bu barədə"Factor TV" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Ona çirkli pulların yuyulması ilə bağlı cinayət işi açılıb.

"Digər təfərrüatlar hələ məlum deyil, onun vəkilinin şərhini ala bilmədik", - Factor TV bildirib.

Xatırladaq ki, Arman Saakyan Ermənistan parlamentinin keçmiş sədri (2014-2017-ci illərdə -red) Qalust Saakyanın oğludur. A.Saakyan özü də Ermənistan parlamentinin deputatı, İrəvan merinin müavini olub. O, eyni zamanda "Sovrano" şirkətinin sahibidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031