azturkxeber.az
http://azturkxeber.az

Tırtıl göbələyinin xərçəngin müalicəsində ümidverici xüsusiyyətləri ortaya çıxıb – TƏDQİQAT

30-12-2024 Baxılıb: 0

IMG

Böyük Britaniyanın Nottinqem Universitetindən Korneliya de Murun rəhbərlik etdiyi tədqiqat qrupu, “Cordyceps militaris” (tırtıl göbələyi) adlı ənənəvi tibdə istifadə olunan göbələyin xərçəng hüceyrələrinin yayılmasının qarşısını ala biləcək xüsusiyyətlərini araşdırıb.

azturkxeber.az  “The İndependent” nəşrinə istinadla xəbər verir ki, son dövrlərdə diqqət mərkəzində olan bu göbələyin tərkibindəki “kordisepin” adlı maddə, xərçəng müalicəsində istifadəsi ilə əlaqədar böyük potensial nümayiş etdirir. Araşdırma nəticələri göstərib ki, “kordisepin” xərçəng hüceyrələrinin böyüməsi üçün zəruri olan siqnal mexanizmlərini bloklayaraq onların yayılmasını əhəmiyyətli dərəcədə ləngidir.

Alimlərin apardığı laboratoriya tədqiqatlarında məlum olub ki, “kordisepin” hüceyrələrə daxil olduqdan sonra hüceyrənin əsas enerji daşıyıcısı olan adenozintrifosfat turşusuna (ATF) bənzər molekula çevrilir. Bu molekul hüceyrənin böyümə sürətini azaldaraq onun yayılmasını məhdudlaşdırır. Bununla belə, ilkin nəticələrin laboratoriya və heyvan hüceyrələrində əldə edildiyi, insanlar üzərində effektivliyinin və təhlükəsizliyinin hələ təsdiq edilmədiyi bildirilir. Buna baxmayaraq, araşdırma xərçəng müalicəsində yeni və daha təhlükəsiz yanaşmaların inkişafında mühüm addım hesab edilir.

Doktor de Mur tədqiqatın əhəmiyyətini belə vurğulayıb: “Tapıntılarımız “kordisepin”in yeni xərçəng dərmanlarının hazırlanmasında perspektivli bir başlanğıc nöqtəsi olduğunu göstərir və bu maddənin müsbət təsirlərinin səbəblərini daha yaxşı başa düşməyimizə kömək edir”.

Bu araşdırma, xərçəng müalicəsində yalnız xəstə hüceyrələri hədəf alaraq sağlam toxumalara zərər verməyən daha təsirli terapiyaların inkişafına işıq tutma potensialına malikdir. Alimlər tədqiqatların davam etdirilməsinin vacibliyini vurğulayırlar.

Araşdırma nəticələri “FEBS Letters” jurnalında dərc edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031