Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edilib, BDU-nun rektoru təyin olunub

Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edilib, BDU-nun rektoru təyin olunub
Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Azturkxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
Məleykə Abbaszadə 2024-cü ildən DİM İdarə Heyətinin sədri vəzifəsini icra edirdi. O, 2016-2024-ci illərdə DİM Direktorlar Şurasının, 2000-2016-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: