azturkxeber.az
http://azturkxeber.az

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqə ilə bağlı infosessiya keçirilib

19-11-2026

17 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Mədəni və Yaradıcı sənayelərin İnkişaf Mərkəzində “Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi” üzrə elan edilmiş müsabiqəyə dair infosessiya keçirilib.

İnfosessiyanın əsas məqsədi müsabiqədə iştirak etmək istəyən hüquqi şəxsləri müsabiqənin şərtləri, iştirak qaydaları, müraciət prosesi və layihə təkliflərinin hazırlanması ilə bağlı ətraflı məlumatlandırmaq olub.

Azturkxeber.az xəbər verir ki, tədbir çərçivəsində müsabiqənin prioritet istiqamətləri, müraciətlərin elektron qaydada təqdim edilməsi, tələb olunan sənədlər, layihələrin qiymətləndirilməsi meyarları və digər təşkilati məsələlər barədə məlumat verilib.

Bununla yanaşı, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müraciət prosesi zamanı diqqət yetirilməli vacib məqamlarla bağlı ətraflı izahlar verilib.

Qeyd edək ki, müsabiqə üzrə sənəd qəbulu 6–26 noyabr 2026-cı il tarixlərində həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30