azturkxeber.az
http://azturkxeber.az

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

06-10-2026

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

İdarənin mətbuat xidmətindən Azturkxeber.az-a verilən məlumata görə, yağış və çiskin zamanı yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir.

“Sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, nəqliyyat vasitələrinin şüşəyuyanları və şüşəsilgəclərinin müəyyən edilmiş rejimdə işləməsini yoxlamağı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama hərəkətləri etməməyi xahiş edirik. Piyadalar da öz növbəsində təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar”, - deyə məlumatda qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031