azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

06-10-2026


İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında sosial müdafiə və məşğulluq sahəsində rəqəmsal transformasiya üzrə təcrübə mübadiləsinin təşviqi məqsədilə “Sosial müdafiə və məşğulluqda rəqəmsal innovasiyalar” mövzusunda vebinar keçirilib.

Bu barədə Azturkxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir İslam Ölkələrinin Statistika, İqtisadi və Sosial Araşdırma və Təlim Mərkəzi (SESRIC) və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə təşkil olunub. Vebinarın məqsədi sosial müdafiə və məşğulluq sistemlərində rəqəmsal texnologiyaların tətbiqi üzrə qabaqcıl təcrübələrin bölüşdürülməsi, İƏT-ə üzv ölkələr arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsi olub.

İƏT-ə üzv ölkələrdən 100-dən çox mütəxəssisin iştirak etdiyi vebinarda Nazirliyin əməkdaşları Azərbaycanın sosial müdafiə və məşğulluq sahəsində həyata keçirdiyi rəqəmsal transformasiya üzrə təcrübəsi barədə təqdimat ediblər.

Ölkəmizdə vətəndaşlara sosial sahədə xidmətlərin vahid rəqəmsal mühitdə göstərilməsi, məlumatların inteqrasiyası və xidmətlərin proaktivləşdirilməsi istiqamətində əldə olunan uğurlar barədə məlumat verilib.

Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi, əmək və məşğulluq sahəsində rəqəmsal informasiya sistemləri, e-sistemlər üzərindən vətəndaşların sosial xidmətlərə çıxışının asanlaşdırılması və xidmətlərin daha çevik, şəffaf şəkildə təqdim edilməsi istiqamətində aparılan işlər diqqətə çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031