azturkxeber.az
http://azturkxeber.az

AQEM-in iştirakçıları "ASAN xidmət"də

06-10-2026

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) üzv dövlətlərini təmsil edən tədqiqatçılar və gənc siyasət mütəxəssisləri "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Azturkxeber.az xəbər verir ki, səfər çərçivəsində qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzləri, eləcə də burada tətbiq olunan innovativ həllər və dövlət xidmətlərinin göstərilməsi sahəsində əldə olunan nəticələr barədə ətraflı təqdimat edilib.

Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” proqramı çərçivəsində “Dünyanın ən qabaqcıl dövlət xidməti” nominasiyası üzrə xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu diqqətə çatdırılıb.

Qonaqlar həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD” publik hüquqi şəxsin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031