azturkxeber.az
http://azturkxeber.az

FIDE prezidenti Timur Turlov Bakıda Mahir Məmmədovla görüşüb - FOTO

05-10-2026

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni seçilmiş prezidenti Timur Turlov Bakıya səfər edib.

Azturkxeber.az xəbər verir ki, səfər çərçivəsində Timur Turlov Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ilə görüşüb.

Görüşdə Azərbaycanda şahmatın inkişafı, Bakının beynəlxalq turnirlərə ev sahibliyi təcrübəsi, FIDE və AŞF arasında əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda AŞF rəhbəri Mahir Məmmədov qonağa xatirə hədiyyəsi təqdim edib.

Xatırladaq ki, ötən ay Timur Turlov FIDE-nin yeni prezidenti, Mahir Məmməd isə üçüncü dəfə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031