azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Ombudsmanı ukraynalı həmkarı ilə görüşüb

05-10-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı Dmitro Lubinets ilə görüşüb.

Azturkxeber.az xəbər verir ki, görüş zamanı Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi və bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib.

Səbinə Əliyeva iki ölkənin ombudsman təsisatları arasındakı mövcud səmərəli əməkdaşlıq əlaqələrindən məmnunluğunu bildirib, ukraynalı həmkarı ilə mövcud vəziyyətdə insan hüquqlarının effektiv müdafiəsi və təmini sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib.

Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində ombudsman təsisatları arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Dmitro Lubinets səmimi qəbula və qonaqpərvərliyə görə Ombudsman Səbinə Əliyevaya öz təşəkkürünü bildirib, insan hüquqlarının müdafiəsi sahəsində ombudsman təsisatları arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031