azturkxeber.az
http://azturkxeber.az

ATƏT PA-nın payız sessiyasında

05-10-2026

Milli Məclisin deputatları – ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, üzvləri Pərvin Kərimzadə və Azay Quliyev bu təşkilatın 24-cü payız sessiyasında iştirak etmək üçün oktyabrın 6-da Andorra Knyazlığının Andorra la Vella şəhərinə səfər edəcəklər.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, sessiya çərçivəsində deputatlarımız enerji suverenliyinin gücləndirilməsi, süni intellekt, kibertəhlükəsizlik və hibrid təhdidlərdən müdafiə mövzularında müzakirələrdə iştirak edəcəklər.

Səfər oktyabrın 10-da başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031