azturkxeber.az
http://azturkxeber.az

Müyəssər şəhər mühiti əlilliyi olan şəxslərin bərabər iştirakının mühüm şərtidir

17-09-2026

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində DOST Agentliyində keçirilmiş “Şəhər infrastrukturunda müyəssərlik” mövzusunda tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov çıxış edib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, çıxış zamanı müyəssər şəhər mühitinin əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması və cəmiyyət həyatında bərabər iştirakının vacib şərtlərindən biri olduğu vurğulanıb.

Ombudsmanın “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT Konvensiyasının həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi qismində fəaliyyəti barədə məlumat verilib. Bu çərçivədə Ombudsmanın monitorinq qrupu tərəfindən Bakı şəhərinin mərkəzi ərazilərində əlilliyi olan şəxslər üçün infrastrukturun müyəssərliyi ilə bağlı aparılmış monitorinqin, eləcə də əlilliyi olan şəxslərin iştirakı ilə keçirilmiş onlayn ictimai sorğunun nəticələri və irəli sürülmüş təkliflər diqqətə çatdırılıb.

Həmçinin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin 20 illiyi münasibətilə Ombudsman tərəfindən hazırlanmış “20 il – 20 fakt” adlı maarifləndirici çap vəsaiti təqdim olunub.

Çıxışda şəhərsalma və memarlıq proseslərinin ilkin mərhələsindən universal dizayn prinsiplərinin nəzərə alınmasının, həmçinin fiziki, informasiya və kommunikasiya mühitinin müyəssərliyinin təmin edilməsinin inklüziv şəhər mühitinin formalaşdırılmasında mühüm rol oynadığı qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930