azturkxeber.az
http://azturkxeber.az

Hacıqabulda oğurluq edən şəxs saxlanılıb

17-09-2026

Hacıqabul rayonunda yerləşən kafelərin birindən pul və 3 ədəd mobil telefon oğurlanması, eləcə də yanacaq doldurma məntəqələrinin birindən oğurluğa cəhd edilməsi barədə polisə məlumat daxil olub.

Azturkxeber.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Nəriman Vəlizadə saxlanılıb. Araşdırmalar zamanı saxlanılan şəxsin Bakı şəhəri ərazisindən 5 ədəd motosiklet oğurlayaq satması da müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, N.Vəlizadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930