azturkxeber.az
http://azturkxeber.az

GERİ SAYIM BAŞLADI: FORMULA 1® 3 OKTYABR 2027-Cİ İLİNDƏ İSTANBULA QAYIDIR

17-09-2026

Formula 1® 2027-ci il FIA Formula 1 Dünya Çempionatının™ təqvimini açıqlayıb. FORMULA 1 TURKISH GRAND PRIX 1-2 oktyabr tarixlərində keçiriləcək sərbəst yürüşlər və sıralanma turu ilə başlayacaq. Mövsümün İstanbul mərhələsinin əsas yarışı isə 3 oktyabr 2027-ci ildə TOSFED İstanbul Parkda keçiriləcək. Beləliklə, altı illik fasilədən sonra Formula 1 yarışları yenidən İstanbulda keçiriləcək.

Türkiyənin Formula 1® təqviminə qayıdışı ilk dəfə aprel ayında Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən mərasimdə elan edilmişdi. Altı ildən sonra Formula 1®-in yüksək sürəti dünyanın ən yaxşı pilotlarını və minlərlə azarkeşi qitələri birləşdirən, dünyanın ən möhtəşəm metropollarından biri olan İstanbulda yenidən bir araya gətirəcək.

TURKISH GRAND PRIX çempionatın texniki baxımdan ən mürəkkəb və tələbkar yarış yollarından biri olan TOSFED İstanbul Parkda 10-cu dəfə keçiriləcək.

TOSFED İstanbul Park: Sürət və dəqiqliyin ünvanı

Pilotlar TOSFED İstanbul Parkın 5,3 kilometrlik yarış yolunda mübarizə aparacaqlar. Ötmə imkanlarının çoxluğu ilə seçilən bu yolda hündürlük fərqləri həm pilotların idarəetməsinə, həm də bolidlərin performansına təsir göstərir. Xüsusilə TOSFED İstanbul Parkı dünyada məşhurlaşdıran 8-ci döngə pilotlar üçün ciddi sınaq olacaq. Bir neçə dönmə hissəsindən ibarət olan bu uzun sol döngə yüksək sürətlə keçilir və pilotlardan avtomobili dəqiq idarə etməyi tələb edir.

Yolun yüksək sürət, ritm və texniki mürəkkəbliyi bir araya gətirən quruluşu azarkeşlərə də gərgin mübarizə və yaddaqalan anlarla zəngin yarış izləmək imkanı verəcək.

Formula 1®-in Türkiyəyə qayıdışı ilə İstanbul dünyanın ən nüfuzlu idman tədbirlərindən birinə yenidən ev sahibliyi edəcək. Yarışın idman turizminə, şəhər iqtisadiyyatına, beynəlxalq mediada İstanbulun beynəlxalq mediada tanıdılmasına və Türkiyənin qlobal brend dəyərinə əhəmiyyətli töhfə verəcəyi gözlənilir.

TGA-NIN “CATCH IT IF YOU CAN” FİLMİ DÜNYA MİQYASINDA DİQQƏT ÇƏKİR

Yarışın keçirilmə tarixi rəsmiləşdikdən sonra FORMULA 1 TURKISH GRAND PRIX 2027-nin beynəlxalq səviyyədə tanıdılması istiqamətində də yeni mərhələyə start verilib. Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası ilə Türkiyə Turizm Təbliğat və İnkişaf Agentliyi (TGA) tərəfindən hazırlanan “Catch It If You Can” adlı tanıtım filmi artıq 571 milyondan çox baxış toplayıb.

Qarşıdakı dövrdə İstanbulun beynəlxalq səviyyədə tanıdılması daha da genişləndiriləcək. Bu istiqamətdə beynəlxalq media layihələri, rəqəmsal kampaniyalar, dünyanın müxtəlif ölkələrindən kontent yaradıcıları ilə əməkdaşlıqlar və İstanbul mərkəzli qlobal tanıtım fəaliyyətləri həyata keçiriləcək.

FORMULA 1 TURKISH GRAND PRIX TOSFED-in uzun illər davam edən təşəbbüsləri və səyləri, həmçinin Mədəniyyət və Turizm Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin dəstəyi nəticəsində Formula 1 təqviminə qaytarılıb. 2027-2031-ci illər ərzində Formula 1® yarışları TOSFED tərəfindən təşkil olunmaqla TOSFED İstanbul Parkda keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930