azturkxeber.az
http://azturkxeber.az

Bakı Metropolitenində xətlərin ayrılması ilə əlaqədar ADY alternativ marşrutlar təklif edir

17-09-2026

ADY Bakı Metropolitenində xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlərin rahat hərəkətini təmin etmək üçün alternativ marşrutlar təklif edir.

Bu barədə Azturkxeber.az-a ADY-dən məlumat verilib.

Bildirilib ki, sərnişinlər “Dərnəgül” dəmiryol dayanacağından istifadə etməklə:

* “28 May” istiqamətinə qatarla cəmi 11 dəqiqəyə birbaşa və rahat çata;

* Xırdalan və Biləcəridən qatarla “Dərnəgül” dayanacağına gələrək, buradan eyniadlı metro stansiyasına keçid etməklə Yaşıl xətt üzrə, o cümlədən “20 Yanvar”, “İnşaatçılar” və tələbə axınının yüksək olduğu “Elmlər Akademiyası” stansiyaları istiqamətində səfərlərini davam etdirə bilərlər.

Hərəkət cədvəli saytımızda və ya "ADY Mobile" tətbiqində bir toxunuş qədər yaxındır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930