azturkxeber.az
http://azturkxeber.az

Surfkastinq (sahildən balıqtutma) üzrə Azərbaycan çempionatı keçiriləcək

16-09-2026

Gənclər və İdman Nazirliyi, Azərbaycan Su İdman Növləri Federasiyası və Bakı Balıqçılar və Sualtı Ovçular Klubunun birgə təşkilatçılığı ilə surfkastinq (sahildən balıqtutma) üzrə Azərbaycan çempionatı keçiriləcək.

Azturkxeber.az xəbər verir ki, 19 sentyabr tarixində Bakıda, Veloparkın qarşısında, Şıx çimərliyi ərazisində təşkil olunacaq yarışda müxtəlif balıqçılıq klublarını təmsil edən 30-dan çox iştirakçı mübarizə aparacaq.

Yarış surfkastinq üzrə beynəlxalq qaydalara uyğun şəkildə keçiriləcək. Tutulan balıqlar müəyyən edilmiş meyarlar əsasında qiymətləndiriləcək və ən yüksək nəticə göstərən iştirakçılar müəyyənləşdiriləcək.

Qaliblər diplom, medal və digər hədiyyələrlə mükafatlandırılacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930