Nazir müavini Nuhi Abdinov Şahbuz rayonunda vətəndaşları qəbul edəcək

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nuhi Abdinov sentyabrın 23-də Şahbuz rayonunda sakinləri qəbul edəcək.
Azturkxeber.az xəbər verir ki, qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 16 - 18 sentyabr tarixlərində Nazirliyə rəsmi şəkildə (aasmn.nmr@sosial.gov.az elektron ünvanı vasitəsilə) müraciət edərək, qeydiyyata yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: