DİN-dən ötən günün kriminal statistikası: 58 cinayət açılıb

Sentyabrın 15-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Azturkxeber.az-a verilən məlumata görə, axtarışda olan ümumilikdə 141, o cümlədən borclu şəxs qismində axtarışda olan 103 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: