azturkxeber.az
http://azturkxeber.az

Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə üzrə sənədlərin qəbulu sentyabrın 30-da başa çatacaqdır

15-09-2026

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə uğurla davam etdirilən dövlət gənclər siyasətinə uyğun olaraq gənc hüquqşünasların aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilən müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbulu istiqamətində görülən tədbirlər davam etdirilir.

Bu barədə Azturkxeber.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 30 ştat vahidi üzrə 14.04.2026-cı il tarixdə elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu 30.09.2026-cı il tarixdə saat 18:00-da başa çatacaqdır.

Prokurorluq orqanlarında işləmək istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğun https://hr.genprosecutor.gov.az/ internet səhifəsi vasitəsilə müraciət edib qeydiyyatdan keçərək müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.

Namizədlər müsabiqə ilə bağlı ətraflı məlumatı və tələb olunan sənədlərin siyahısını (https://genprosecutor.gov.az/az/page/prokurorluq/ise-qebul/vakansiya-elani) linkinə daxil olaraq əldə edə bilər.

Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının keçiriləcəyi tarix və yer barədə mediada, Baş Prokurorluğun rəsmi veb-saytında (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında məlumat veriləcəkdir.

Əlavə məlumat almaq üçün 361-00-80, 361-00-79, 437-28-56, 361-00-78 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930