azturkxeber.az
http://azturkxeber.az

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15-09-2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Azturkxeber.az xəbər verir ki, Hakan Fidan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Söhbət zamanı Azərbaycan-Türkiyə qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın “bir millət, iki dövlət” prinsipi əsasında daha da möhkəmləndiyi məmnunluqla qeyd edildi.

Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunularaq, alternativ enerji istiqamətində beynəlxalq bazarlara yeni çıxış yolları ilə bağlı fikir mübadiləsi aparıldı.

Ölkələrimizin logistika baxımından əhəmiyyəti, o cümlədən Avropa ilə Asiya arasında mühüm körpü rolu oynadıqları vurğulandı, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimizin əlaqələndirilməsinin önəmi qeyd olundu.

Görüşdə ikitərəfli əlaqələrimizin perspektivləri, regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparıldı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930