Naxçıvan Regional DOST Mərkəzi ucqar kənd məktəblilərini sevindirdi

DOST Agentliyi bu il də “Bilik Günü” ilə əlaqədar ucqar kəndlərdə yaşayan şagirdləri sevindirib.
Azturkxeber.az xəbər verir ki, “DOST sevinci” layihəsi çərçivəsində əməkdaşlar və “Könüllü DOST” proqramının iştirakçıları arasında toplanılan məktəb ləvazimatları ucqar kəndlərdə yaşayan ibtidai sinif şagirdlərinə hədiyyə edilib.
Layihəyə bu il Naxçıvan Regional DOST Mərkəzinin əməkdaşları da qoşularaq Şahbuz rayonunun Güney Qışlaq kənd tam orta məktəbi və Babək rayonunun Göynük kənd tam orta məktəbində şagirdlərə məktəb ləvazimatları təqdim ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: