azturkxeber.az
http://azturkxeber.az

Müdafiə Nazirliyindən istedadlı və yüksək intellektə malik çağırışçılarla bağlı mühüm məlumat

15-09-2026

Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı müvafiq konsepsiyaya əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı hərbi qulluqçular hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirirlər.

Bu barədə Azturkxeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin hərbi qulluqçular qeyd edilən bölmələrdə öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunurlar.Cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) ilk 500-cü sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçıların həmin intellektual qabiliyyətli bölmələrdə xidmət etmələri nəzərdə tutulmuşdur.Növbəti çağırış ayı ərzində müddətli həqiqi hərbi xidmətə çağırılan, yuxarıda qeyd olunmuş siyahılarda yer alan xarici ali təhsil müəssisələrində təhsil almış çağırışçıların adıçəkilən bölmələrdə xidmət etmələrini təmin etmək məqsədilə onların özləri və ya ailə üzvləri tərəfindən 21.09.2026-cı il tarixədək aşağıda qeyd olunan məlumatları intel_unit@mmu.edu.az elektron ünvanına göndərmələri xahiş olunur:- çağırışçının adı, soyadı və ata adı;- çağırış rübü və ili (çağırıldığı tarix);- xarici dövlətlərin təhsil müəssisələrində ali təhsil almış şəxslərin ixtisaslarının Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tam tanınmasına (akademik və peşə) dair sənəd (PDF formatında) və ya tanınma prosesinin başlamasına dair sistemdən çıxarış.Qeyd olunan kateqoriyaya aid çağırışçıların intellektual qabiliyyətli bölmələrdə xidmətə cəlb edilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600 və daha yüksək bal toplamış çağırışçılarla eyni layihə çərçivəsində həyata keçirilir. Bu səbəbdən, qəbul imtahanlarında 600 və daha yüksək bal toplamış şəxslər aidiyyəti dövlət qurumları ilə qarşılıqlı məlumat mübadiləsi əsasında müəyyən edildiyindən, onların ailə üzvləri tərəfindən əlavə müraciət edilməsinə ehtiyac yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930