azturkxeber.az
http://azturkxeber.az

İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur

15-09-2026

15 sentyabr 2026-cı il tarixində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrində ilk dəfə Bilik Günü qeyd olunur.

Yeni tədris ilinin ilk günündə aşağıdakı məktəblərdə ilk dəfə Bilik Günü keçirilir:

Ağdərə rayonu Aşağı Oratağ kənd tam orta məktəbi;

Ağdam şəhər 1 nömrəli tam orta məktəbi;

Xankəndi şəhəri Kərkicahan qəsəbəsi 1 nömrəli tam orta məktəbi;

Xocavənd rayonu Qırmızıbazar qəsəbə tam orta məktəbi;

Xocavənd şəhəri 1 nömrəli tam orta məktəbi;

Xocalı rayonu Təzəbinə kənd tam orta məktəbi;

Xocalı rayonu Xanyurdu kənd tam orta məktəbi.

Bu əlamətdar hadisə işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası və Böyük Qayıdış çərçivəsində təhsil həyatının davamlı şəkildə təşkilinin mühüm göstəricisidir.

Qeyd edək ki, Qarabağ Regional Təhsil İdarəsi üzrə işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 19 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.

Yeni tədris ilinin başlanması münasibətilə bütün şagird və müəllimlərə uğurlar arzulayırıq!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930