“Bilikli və vətənpərvər gənclik – güclü Azərbaycanın gələcəyidir” – Siyavuş Novruzovdan TƏBRİK

Milli Məclisin deputatı Siyavuş Novruzov yeni tədris ilinin başlanması münasibətilə şagird və tələbələri, müəllimləri və valideynləri təbrik edib.
Siyavuş Novruzov bununla bağlı sosial media hesabında paylaşım edib.
“Yeni dərs ilinin başlanması münasibətilə bütün şagird və tələbələrimizi, müəllimlərimizi və valideynlərimizi səmimi-qəlbdən təbrik edirəm.
Təhsil və elm Azərbaycanın davamlı inkişafının, milli tərəqqisinin və güclü dövlətçiliyimizin əsas dayaqlarındandır. Ölkəmizin gələcəyi bilikli, savadlı, vətənpərvər və milli dəyərlərə bağlı gənclərin yetişdirilməsindən keçir.
Əminəm ki, Azərbaycan gəncləri əldə etdikləri bilik və bacarıqları ölkəmizin daha da güclənməsinə, dövlətimizin inkişafına və milli maraqlarımızın qorunmasına yönəldəcəklər.
Yeni tədris ilində hər bir şagird və tələbəmizə uğurlar, müəllimlərimizə şərəfli fəaliyyətlərində yeni nailiyyətlər arzulayıram.
Bilikli və vətənpərvər gənclik - güclü Azərbaycanın gələcəyidir!”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: