azturkxeber.az
http://azturkxeber.az

ADY Sofiyada Orta Dəhlizin cəlbediciliyinin artırılması üzrə müzakirələrdə iştirak edib

15-09-2026

14–15 sentyabr tarixlərində Bolqarıstanın Sofiya şəhərində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə İşçi Qrupunun iclası keçirilib.

Azturkxeber.az xəbər verir ki, işçi Qrupunun rəhbəri, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Nicat Quliyevin iştirak etdiyi iclas çərçivəsində Orta Dəhlizin cəlbediciliyinin artırılması və yük axınları üçün əlverişli şəraitin yaradılması məqsədilə konteyner daşımalarının və yük daşıma tariflərinin optimallaşdırılması məsələləri müzakirə edilib.

Müzakirələrin yekunu olaraq dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, yükdaşımaların səmərəliliyinin artırılması, eləcə də regionda ticarət və logistikanın inkişaf etdirilməsi barədə protokol imzalanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930