azturkxeber.az
http://azturkxeber.az

"Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib

14-09-2026

Məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.

Azturkxeber.az xəbər verir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən keçmiş məcburi köçkünlərin müvəqqəti qeydiyyatda olduqları yaşayış yerləri üzrə icmalar və ağsaqqallar ilə daimi görüşlər keçirilir, onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri, eləcə də köç prosesinə aid məsələlər haqqında ətraflı məlumat verilir. Tədbirdə, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust - 21 sentyabr tarixlərinin “Sülh Aylığı” elan edildiyi də bildirilib. Qeyd edilib ki, aylığın keçirilməsində məqsəd sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə iştirakının təşviq edilməsidir. Bununla əlaqədar olaraq, növbəti tədbir məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Xətai rayonu, Cavanşir küçəsi 823-cü keçid 3 ünvanında yerləşən Dənizçilik Akademiyasının yataqxanasında məskunlaşmış məcburi köçkünlərlə keçirilib. Dövlət Komitəsinin aidiyyəti struktur bölməsinin əməkdaşları məcburi köçkünlərə sosial müdafiə tədbirləri və Böyük Qayıdışla bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930