azturkxeber.az
http://azturkxeber.az

Bakı metropolitenində intervallar azaldılır: Qırmızı xətdə 2 dəqiqəlik interval tətbiq olunacaq

14-09-2026

Bakı metropolitenində aparılan texniki optimallaşdırma tədbirləri nəticəsində Qırmızı xətdə qatarlararası interval azaldılır.

Azturkxeber.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, davamlı texniki yenilənmə, monitorinq və uğurlu sınaqlar nəticəsində xüsusi rejimdə 2 dəqiqə 30 saniyə olan intervalı bir qədər də azaltmaq mümkün olub. Belə ki, sentyabrın 15-dən etibarən “İçərişəhər–Əhmədli” mənzilində qatarların hərəkəti pik saatlarda 2 dəqiqəlik intervalla tənzimlənəcək.

Sərnişin axınında zərurət yarandığı təqdirdə Yaşıl xətdə hərəkət qrafikinin 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə endirilməsi də təmin ediləcək.

Yeni tədris mövsümünün başlanması ilə əlaqədar Bənövşəyi xətdə də qatarların hərəkəti payız-qış qrafikinə uyğunlaşdırılıb. Artıq “Avtovağzal–8 Noyabr” sahəsində 5 dəqiqə, “Xocəsən–Avtovağzal” sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunur.

Bütün xətlərdə sərnişin axınının intensivliyi nəzarətdə saxlanılacaq və monitorinqlər əsasında ehtiyac yarandıqda əlavə tənzimləmə tədbirləri görüləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930