azturkxeber.az
http://azturkxeber.az

Azad olunmuş ərazilərdə göstərən aqroparklara, iri fermer təsərrüfatlarına, quşçuluq təsərrüfatlarına, yeni intensiv meyvə bağlarına baxış keçirilib

14-09-2026



Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan işlərin monitorinqi keçirilib.

Azturkxeber.az xəbər verir ki, 8 - 11 Sentyabr tarixlərində Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin məsul əməkdaşı Zöhrab Bağırov və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul əməkdaşları işğaldan azad olunmuş Cəbrayıl, Qubadlı və Zəngilan rayonları ərazisində fəaliyyət göstərən aqroparklara, iri fermer təsərrüfatlarına, quşçuluq təsərrüfatlarına və yeni intensiv meyvə bağlarına baxış keçiriblər.

Baxışın keçirilməsində əsas məqsəd dövlət proqramlarının icrası, rayonların aqrar potensialının artırılması, intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi və istehsal göstəricilərinin yerində qiymətləndirilməsi, yarana biləcək problemlərin aradan qaldırılması, habelə Dövlət Proqramı çərçivəsində həyata keçirilən digər tədbirlərə dair məlumatların sahibkarların diqqətə çatdırılması olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930