Hikmət Hacıyev “qədim əlyazma” ilə bağlı erməni saxtakarlığını diplomatların qarşısında ifşa etdi

Xankəndidə diplomatik korpus nümayəndələrinə keçmiş erməni muzey ekspozisiyasından qalan eksponatlar nümayiş etdirilib.
Azturkxeber.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev xarici diplomatlara qədim əlyazma kimi təqdim olunan iri həcmli kitabı göstərib.
Kitabın incələnməsi zamanı onun yalnız ilk səhifələrində mətn və tərtibatın olduğu, əsas hissəsinin isə boş vərəqlərdən ibarət olduğu məlum olub.
“Yalnız bir səhifədir, qalanı boşdur”, – Hacıyev kitabı vərəqləyərkən bildirib.
Azərbaycan tərəfi bu eksponatı regionda erməni tarixi və mədəni irsinə dair sübutların süni şəkildə yaradılması cəhdlərinin nümunəsi kimi qiymətləndirir.
Qeyd edək ki, diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində ərazilərdə aparılan bərpa və quruculuq işləri, minalardan təmizləmə prosesi, eləcə də tarixi-mədəni abidələrin vəziyyəti ilə tanış olurlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: