Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyədə ikinci yeri tutub

Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət Azərbaycan milli basketbol komandası Türkiyənin Yalova şəhərində keçirilən “EVOQ Challenge Cup Pre Season Yalova” beynəlxalq mövsümöncəsi hazırlıq turnirində çıxışını başa vurub.
Bu barədə Azturkxeber.az-a Azərbaycan Basketbol Federasiyasının (ABF) mətbuat xidmətindən bildirilib.
Millimiz qrup mərhələsində keçirdiyi üç oyunun hamısında qələbə qazanaraq finala yüksəlib.
Həlledici qarşılaşmada 21:47 hesabı ilə geri düşməsinə baxmayaraq, əzmkar mübarizə ilə oyuna qayıdan komandamız fərqi minimuma endirib və sonadək nəticə uğrunda mübarizə aparıb. Hesabı bərabərləşdirmək və önə keçmək imkanları qazanan millimiz sonda Konya Diltaş Basketbola 69:73 hesabı ilə məğlub olaraq turniri ikinci pillədə tamamlayıb.
Viktor Sanikidze Academy Basketball 43:94 Azərbaycan
Bakırköy Kartaltepe 54:65 Azərbaycan
Eskişehir Gelişim Falcons 53:54 Azərbaycan
Azərbaycan 69:73 Konya Diltaş Basketbol
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: