Azərbaycan Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində iştirak edir



Azərbaycan şirkətləri Pekində keçirilən Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində vahid ölkə stendində təmsil olunur.
Azturkxeber.az xəbər verir ki, Çinin Pekin şəhərində Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisi (“CIFTIS 2026”) keçirilir. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəsinin aparatı və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları, rəqəmsal xidmətlər, logistika, nəqliyyat, tədbirlərin təşkili və idarə olunması, mühəndislik və tikinti, biznesin inkişafı və konsaltinq sahələrində fəaliyyət göstərən 10 şirkəti xidmətlərini vahid ölkə stendində təqdim edir.
Sərgi çərçivəsində sahibkarlar arasında xidmət ixracı imkanları barədə müzakirələr aparılır və potensial tərəfdaşlarla işgüzar əlaqələrin qurulması istiqamətində görüşlər keçirilir. Stenddə həmçinin Azərbaycanda sahibkarlara göstərilən dəstək mexanizmləri, ölkəmizin əlverişli biznes və investisiya mühiti, eləcə də iştirakçı şirkətlər barədə təqdimat materialları nümayiş olunur.
Qeyd edək ki, sentyabrın 13-dək davam edəcək sərgidə Azərbaycan yeddinci dəfə iştirak edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: