Arzu Nağıyev Tovuzda seçiciləri ilə görüşdü – FOTOLAR









105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə Milli Məclisin deputatı Arzu Nağıyev sentyabrın 11-də Tovuz rayonunun Qovlar şəhərində vətəndaşlarla görüş keçirib.
Azturkxeber.az xəbər verir ki, görüş zamanı vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən sosial təminat, məşğulluq, səhiyyə və digər məsələlərlə bağlı olub.
Deputat vətəndaşların qaldırdığı məsələlərlə bağlı aidiyyəti dövlət qurumları qarşısında müvafiq müraciətlər ediləcəyini bildirib. Arzu Nağıyev problemlərin həlli istiqamətində səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görüləcəyini qeyd edib.
Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədilə seçicilərlə görüş və qəbulların davam etdiriləcəyi bildirilib.
Növbəti vətəndaş qəbullarının keçirilmə tarixi və yeri barədə məlumatları Milli Məclisin rəsmi internet saytından izləmək mümkündür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: