azturkxeber.az
http://azturkxeber.az

“Azəriqaz” İB-nin baş direktoru Qax rayonunda vətəndaş qəbulu keçirib

28-08-2026

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Qax rayonunda baş tutub.

Azturkxeber.az xəbər verir ki, birlik rəhbəri Qax, Şəki və Oğuz rayonlarından qəbula gələn vətəndaşların müraciət və şikayətlərini dinləyib.

Müraciətlər əsasən işə qəbul, iş yerinin dəyişdirilməsi, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilməsi, fərdi yaşayış evinin qazlaşdırılması, qaz sayğacının əvəzlənməsi və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub.

Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.

Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün Zaqatala Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31