Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanılıblar

Binəqədi rayonu ərazisində yerləşən şirkətlərin birindən elektrik avadanlıqları oğurlanıb.
Bu barədə Azturkxeber.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı E.Quliyev və 40 yaşlı M.Gülməmmədov saxlanılıblar. Araşdırmalarla saxlanılan şəxslərin elektrik avadanlıqlarını işlədikləri məkandan oğurladıqları müəyyən edilib.
Yasamal rayonu ərazisində yerləşən mağazaların birindən isə nağd pul vəsaiti və 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən H.Məsimzadə və E.Zeynalov da müəyyən olunaraq saxlanılıblar.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: