Bakıda konkur üzrə yay birinciliyinə start verilib




Gənclər və İdman Nazirliyinin 32-ci ildönümünə həsr olunmuş atçılığın konkur növü üzrə Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yay birinciliyinə start verilib.
Bu barədə Azturkxeber.az-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Bakı Dövlət Cıdır Meydanında keçirilən yarışın açılışında gənclər və idman naziri Fərid Qayıbov iştirak edib. İki gün davam edəcək müsabiqədə 10-15 və 15-21 yaş kateqoriyaları üzrə məktəblilərlə yanaşı, atçılıq klublarının idmançıları da iştirak edirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: