Azərbaycan cüdoçusu Fərid Rzazadə yeniyetmələr arasında dünya çempionu olub




Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatının ilk yarış günündə -50 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz qızıl medal qazanıb.
Azturkxeber.az xəbər verir ki, Fərid Rzazadə finala gedən yolda Süleyman Doğru (Türkiyə), Bekaris Kudaybergen (Qazaxıstan) və Artur Bonatonu (Braziliya) mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə qazaxıstanlı Adiljan Nurbekeni məğlub edən cüdoçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycanın Dövlət Himnini səsləndirib.
Qeyd edək ki, bu gün daha üç yeniyetmə cüdoçumuz dünya çempionatında tatamiyə çıxacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: