Bakıda Ahıska türklərinin sürgün tarixindən bəhs edən sərgi keçiriləcək

Avqustun 21-dən 28-dək Bakıda “Ahıska türkləri: itirilmiş sürgünün izi ilə” adlı sərgi təşkil olunacaq.
Azturkxeber.az xəbər verir ki, sərgi Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək.
Sərginin açılış mərasimi avqustun 21-də baş tutacaq.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və Dünya Ahıska Türkləri Birliyinin baş direktoru Ziyatdin Kassanov çıxış edəcəklər.
Sərgidə Ahıska türklərinin sürgün tarixi, onların yaşadığı faciələr və keçdiyi tarixi yol əks etdiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: