“Qənnadçı-şirniyyatçı” kursunun iştirakçıları üçün əməyin mühafizəsinə dair təlim keçirilib



Naxçıvan Regional Peşə Hazırlığı Mərkəzində “Qənnadçı-şirniyyatçı” kursunun iştirakçıları üçün əməyin mühafizəsinə dair təlim keçirilib.
Azturkxeber.az xəbər verir ki, Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı tərəfindən təşkil olunan təlimdə 1 müəllim və 20 müdavim olmaqla, ümumilikdə 21 nəfər iştirak edib.
Təlim zamanı iştirakçılara əməyin mühafizəsi haqqında ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi, habelə bədbəxt hadisələr zamanı ilk yardımın göstərilməsi qaydaları barədə məlumat verilib.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: