azturkxeber.az
http://azturkxeber.az

Zeynəb Sultanova U-23 Avropa Çempionatında finala yüksəlib

04-08-2026

Azərbaycan atıcısı Zeynəb Sultanova Polşanın Vrotslav şəhərində keçirilən U-23 Avropa Çempionatında uğurlu çıxışı ilə fərqlənərək qadınlar arasında 10 metr pnevmatik tapança yarışında final mərhələsinə vəsiqə qazanıb.

Azturkxeber.az xəbər verir ki, təsnifat mərhələsində yüksək nəticə göstərən idmançımız finala yüksələrək medal uğrunda mübarizə aparmaq hüququ əldə edib.

Qeyd edək ki, U-23 Avropa Çempionatı 1–12 avqust tarixlərində Polşanın Vrotslav şəhərində keçirilir və qitənin ən güclü gənc atıcılarını bir araya gətirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31