azturkxeber.az
http://azturkxeber.az

"YAŞAT" Fondunun Londondakı yay məktəbi başa çatıb

04-08-2026

“YAŞAT” Fondunun təşkilatçılığı, bp-nin sponsorluğu, Azərbaycan Hava Yollarının tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda reallaşdırılan dördüncü “YAŞAT” yay məktəbi başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Azturkxeber.az-a verilən məlumata görə, 19 iyul–2 avqust tarixini əhatə edən yay məktəbi London Universitet Kollecində keçirilib.

Əsas məqsəd şəhid övladlarının dünyagörüşünü, dil biliklərini və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.

Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində iştirak ediblər.

Sonda şagirdlərə proqramın bitməsi ilə bağlı sertifikatlar təqdim olunub.

Yay məktəbinin son həftəsində iştirakçılar üçün Kenterberi şəhərinə ekskursiya təşkil olunub. Bununla yanaşı, onlar Londonun tarixi və mədəni irsi ilə yaxından tanış olmaq məqsədilə Bukinqem sarayını, Müqəddəs Ceyms parkını, Kral Süvari Qvardiyasının məşhur keşikdəyişmə mərasiminin keçirildiyi "Horse Guards" parad meydanını, eləcə də İngiltərə parlamentinin yerləşdiyi Vestminster sarayını ziyarət ediblər.

Proqram çərçivəsində gənclər Temza çayı üzərində kruiz gəzintisində iştirak edib, həmçinin Londonun ən qədim və məşhur ərzaq bazarlarından biri olan "Boro" marketini ziyarət edərək, şəhərin tarixi, memarlığı və gündəlik həyatını əks etdirən məkanlarla yaxından tanış olmaq imkanı əldə ediblər.

"YAŞAT" Fondunun Londondakı yay məktəbi ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladını əhatə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31