azturkxeber.az
http://azturkxeber.az

Şərqşünaslıq İnstitutunda süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi genişləndirilir

14-07-2026

Şərqşünaslıq İnstitutunda süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi genişləndirilir

Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda süni intellekt və rəqəmsal texnologiyaların elmi fəaliyyətə tətbiqi istiqamətində mühüm işlər görülür.

Bu barədə Şərqşünaslıq İnstitutundan bildirilib.

İnstitutun Rəqəmsal şərqşünaslıq və süni intellekt şöbəsi tərəfindən əməkdaşların beynəlxalq elmmetrik bazalarda təmsilçiliyinin artırılması məqsədilə 373 elmi profil yaradılıb, 3755 elmi məqalə beynəlxalq platformalara yerləşdirilib. İnstitut alimləri süni intellekt, rəqəmsal humanitar elmlər və yeni tədqiqat metodları üzrə beynəlxalq konfranslarda çıxış edir, nüfuzlu elmi jurnallarda məqalələr dərc etdirirlər. Aparılan araşdırmalar süni intellektin qədim mətnlərin, yazılı abidələrin və Şərq mədəni irsinin öyrənilməsində yeni imkanlar yaratdığını göstərir.

Rəqəmsal texnologiyaların tətbiqi Şərqşünaslıq İnstitutunun beynəlxalq elmi inteqrasiyasını gücləndirir, elmi nəticələrin daha geniş auditoriyaya çatdırılmasına kömək edir və müasir tədqiqat imkanları yaradır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031