Qusarda selin yararsız hala saldığı yol bərpa olunub
Qusarda selin yararsız hala saldığı Sudur və Quxur kəndlərinə gedən avtomobil yolu bərpadan sonra istifadəyə verilib.
Qusar Rayon İcra Hakimiyyətindən bildirib ki, cari ilin aprel ayında müşahidə olunan güclü yağıntılar nəticəsində yaranan sel suları kəndlərə gedən yolun bir hissəsini yararsız hala salmışdı. Nəticədə sakinlərinin rayon mərkəzi ilə əlaqəsində çətinliklər yaranmışdı. May ayından etibarən ərazidə bərpa işlərinə başlanılıb. Qısa müddət ərzində yolun sel nəticəsində zərər görmüş hissəsi təmir olunub, sakinlərin təhlükəsiz hərəkəti üçün körpü inşa edilib.
Bərpa işləri ilə tanış olan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov bildirib ki, infrastrukturun inkişafı, əhalinin rahat və təhlükəsiz həyat şəraitinin təmin olunması istiqamətində həyata keçirilən layihələr rayonda davamlı icra olunur.
Bərpa olunan yol bu gündən etibarən sakinlərin istifadəsinə verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:


