azturkxeber.az
http://azturkxeber.az

Göygöldə Ümummilli Liderin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinə həsr olunmuş tədbir keçirilib

14-07-2026

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinə həsr olunmuş “14 iyul 1969-cu il: Müstəqillik və inkişaf yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Liderin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Ulu Öndərin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətlərindən söhbət açaraq qeyd ediblər ki, 1969-cu ilin 14 iyul günü Azərbaycanın tərəqqi yolunun başlandığı əlamətdar bir gün kimi tariximizə həkk olunub. Ulu Öndər hələ ötən əsrin 70-80-ci illərində özünün yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən qərarları, tükənməz enerjisi, qətiyyəti ilə Azərbaycanı keçmiş sovetlər birliyinin ən geriqalmış aqrar ölkəsindən ittifaqın ən qabaqcıl və müstəqil şəkildə özünü təmin edə bilən bir ölkəsinə çevirib. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün I mərhələsi (1969-1982-ci illər) xalqın yaddaşında respublikamızda nəinki iqtisadi yüksəliş, eyni zamanda quruculuq, abadlaşdırma, yeni yaşayış məskənlərinin tikilməsi, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması dövrü kimi xatırlanır.

Vurğulanıb ki, bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanaraq, dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.

Müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildikdən sonra partiya veteranı Süleyman Məmmədov 75 illik yubileyi münasibətilə təltif olunub, yeni üzvlüyə qəbul olunmuş şəxslərə partiya vəsiqələri təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031