azturkxeber.az
http://azturkxeber.az

Bərpaolunan enerji istehsalı üzrə tarixdə ən sürətli artım qeydə alınıb - Hesabat

14-07-2026

Bərpaolunan enerji istehsalı üzrə tarixdə ən sürətli artım qeydə alınıb - Hesabat

2025-ci ildə dünyada bərpaolunan enerji üzrə yeni quraşdırılmış güclər 693 giqavat təşkil edərək son 25 ilin ən yüksək göstəricisinə çatıb.

Azturkxeber.az Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) hesabatına istinadla xəbər verir ki, ötən ilin sonuna bərpaolunan enerji güclərinin ümumi həcmi 5,2 teravata yüksəlib, bu da qlobal enerji istehsalı güclərinin 49,5 faizini təşkil edir. 2025-ci ildə ümumi yeni enerji güclərinin 85,7 faizi bərpaolunan mənbələrin payına düşüb. Bu göstərici 2024-cü ildəki 92,7 faizdən aşağı olsa da, IRENA qeyd edir ki, bərpaolunan enerji güclərinin artım tempi hələ də ənənəvi enerji mənbələrini üstələyir.

IRENA-nın Baş direktoru Françesko La Kamera bildirib ki, elektrikləşdirmə enerji keçidinin əsas istiqamətlərindən birinə çevrilir və bu prosesin əsas hərəkətverici qüvvəsi bərpaolunan enerji mənbələridir. Onun sözlərinə görə, bərpaolunan enerji mənbələri enerji təhlükəsizliyini, dayanıqlılığı və rəqabət qabiliyyətini gücləndirir. Bu səbəbdən növbəti onillikdə bərpaolunan enerji istehsalı görünməmiş sürətlə artırılmalı, binalar, nəqliyyat və sənaye sahələrində ənənəvi yanacaqlardan alternativ enerjiyə keçid sürətləndirilməlidir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İcra katibi Saymon Stil isə qeyd edib ki, COP30-da bütün ölkələr qlobal enerji keçidinin artıq "geri dönülməz" olduğunu təsdiqləyiblər. Onun sözlərinə görə, bərpaolunan enerji istehsalının rekord sürətlə artması təmiz enerjiyə keçidin daha ucuz, daha təhlükəsiz və daha sürətli həyata keçirildiyini göstərir. Deyib ki, enerji keçidinin tempi və əhatə dairəsi hələ də kifayət etmir və xüsusilə həssas ölkələrə dəstəyin artırılması, iqlim maliyyəsi üzrə verilmiş öhdəliklərin tam və vaxtında yerinə yetirilməsi vacibdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031