azturkxeber.az
http://azturkxeber.az

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

14-07-2026

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

İyulun 14-də Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Britaniya Parlamentinin üzvü, Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüblər.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, görüşdə Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. İki ölkə arasında siyasi-iqtisadi əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivlərindən söz açan işçi qrupunun rəhbəri, təhsil və süni intellekt sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarına da toxunub.

Söhbət zamanı parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib. O, deputatlar arasında təmasların və fikir mübadiləsinin davam etdirilməsinin, eləcə də beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Böyük Britaniya Parlamentinin üzvü Bob Bləkmən ona göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, səfər çərçivəsində keçirilən görüşləri və aparılan danışıqları yüksək qiymətləndirib. Söhbətdə parlament diplomatiyası və qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rolu qeyd olunub.

Görüşdə Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri çıxış edərək iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri barədə fikirlərini səsləndiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031