azturkxeber.az
http://azturkxeber.az

AQTİ “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil edib

14-07-2026

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) peşəkar mütəxəssisi tərəfindən “Qida sahəsində gigiyena tələbləri” mövzusunda keçirilən növbəti təlim zamanı qida ilə təmasda olan mütəxəssislərə qüvvədə olan qanunvericiliyin tələbləri izah edilib, bu qaydalara gündəlik fəaliyyət zamanı riayət etməyin vacibliyi xüsusi vurğulanıb.

Bu barədə institutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qida zəncirinin bütün mərhələlərində yarana biləcək risklər və onların qarşısının alınması üsulları iştirakçıların diqqətinə çatdırılıb. Təlim zamanı xüsusilə şəxsi gigiyena qaydalarına əməl olunmasının qida təhlükəsizliyində həlledici rol oynadığı qeyd edilib.

İnteraktiv formatda təşkil edilən təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb, həmçinin iştirakçıların bilik və bacarıqları qiymətləndirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031